Ölkə 23:34 04.02.2019

Bakıda orta yaşlı kişi itkin düşüb

Bakıda orta yaşlı kişi itkin düşüb. 

Qaynarinfo "Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Yasamal rayonu, M.Sübhi küçəsi, ev 177-də yaşayan, 1961-ci il təvəllüdlü Roza Hacıyeva polisə müraciət edərək bildirib ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsinin sakini, ögey qardaşı, 1966-cı il təvəllüdlü Balababa Cabbar oğlu Hacıyev yanvarın 3-də saat 10 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb

Faktla bağlı araşdırmalara başlanıb.