Ölkə 18:54 11.06.2019

Bakıda oğul atasının silahını polisə təhvil verdi

Bakıda oğul atasına məxsus tapançanı polisə təhvil verib.

Qaynarinfo APA-ya istinadən məlumatına görə, Yasamal rayon sakini Rüstəm Ramazanov atası, 1963-cü il təvəllüdlü Şaban Ramazanova məxsus "Naqan” tipli tapança və 5 ədəd patronu rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə təhvil verib.

Götürülən silah müsadirə olunaraq ekspertizaya göndərilib.