Video 12:36 27.01.2018

Bakıda partlayış yerində kuryoz hadisə: siqaretlə yanğını yenidən başlatdı (VİDEO)

Partlayış baş verən ərazidə yanğın başlayıb.

Qaynarinfo-nun yeniçag.az-a istinadən verdiyi məlumata görə, yanğına səbəb "Azəriqaz” əməkdaşının ehtiyatsızlığı olub. Belə ki, həmin şəxs partlayış ərazisində kanalizasiya lukunun qapağının açıq olmasına məhəl qoymadan siqaret yandırıb. Nəticədə yanğın baş verib.

Hazırda yanğının söndürülməsinə dair işlər aparılır.

Qeyd edək ki, partlayış ərazisində qaz verilişi dayandırılıb. Yanğına kanalizasiya xətlərinə sızma nəticəsində yığılan qazın alışması səbəb olub.