Bakıda polisin təqib etdiyi şəxs canından olacaqdı (VİDEO)

Bakıda polisin təqib etdiyi şəxs canından olacaqdı (VİDEO)

Bakıda Post Patrul Xidməti (PPX) əməkdaşlarının təqib etdiyi şəxs motosikletin altında qalmaqdan son anda xilas olub.

Qaynarinfo Oxu.Az-a istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu 28 May küçəsində baş verən hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb. 

Təqib edilən şəxs qəfil avtomobil yoluna qaçıb və motosiklet sürücüsünün cəldliyi nəticəsində faciənin qarşısı alınıb. 

PPX əməkdaşları qısa zamanda həmin şəxsi tuta bilib. Diqqət çəkən məqamlardan biri polisin tutduğu şəxsə badalaq vurması olub. PPX əməkdaşının hansı səbəbdən həmin şəxsi təqib etdiyi məlum deyil.

Həmin görüntüləri təqdim edirik:

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR