Ölkə 09:39 25.03.2018

Bakıda prokurorluğun qarşısında adam güllələndi

Bakının Nərimanov rayonunun ərazisində adam güllələnib.

Qaynarinfo "Sputnik”ə istinadən xəbər verir ki, cinayət təxminən axşam saat 10-da Nərimanov Rayon Prokurorluğunun binasının qarşısında – mərasim evinin yaxınlığında ("Gənclik” metro stansiyasından azca aralıda) törədilib.

Hazırda hadisə yerində rayon polisibnin və prokurorluğunun əməkdaşları işləyirlər. Öldürülmüş kişinin şəxsiyyəti barədə hələlik məlumat verilmir.