Bakının mərkəzində, Fontanlar Bağında iftar çadırları qurulub.
İftar çadırlarlarını "Nargis" fondu təşkil edib.
Bu barədə Fondun rəsmi saytında aşağıdakı açıqlama yayılıb: "Əziz dostlar! Bu müqəddəs Ramazan bayramı ərəfəsində "Nargis” fondu qardaş ölkə-Türkiyə Respublikasının səfirliyi ilə birgə "Qız Qalasından Kız Kulesinedək” xeyriyyə layihəsinə start verdi.
Layihə çərçivəsində "Nargis” fond "Türk Hava Yolları”, "MUSİAD”, "Ziraat” bank və "145 Group”un dəstəyi ilə Fəvvarələr meydanında tamamilə ödənişsiz iftar süfrəsi təşkil edəcək. İftar ardıcıl olaraq 15,16,17 may tarixlərində 3 gün davam edəcək. Allah dualarınızı qəbul etsin! Gəlin orucumuzu birgə açaq!"
Maraqlıdır ki, xeyriyyə iftarlarının 17 mayda bitəcəyi elan olunsa da, bu gün, 18 may tarixində də iftar çadırları qurulub.
Musavat.com-un müxbiri bildirir ki, menyüdə isti yeməklərdən düşbərə və plov da var.
Musavat.com Fəvvarələr Bağında bu gün çəkilən fotoları təqdim edir.
Şərhlər