Foto 18:00 29.09.2018

Bakıda Qarabağla bağlı mitinq keçirilib (FOTOLAR)

Bakıda "Qarabağa azadlıq" adı altında mitinq keçirilib.

Qaynarinfo azvision.az-a istinadən xəbər verir ki, mitinq iştirakçıları Yasamal rayonundakı "Məhsul" stadionuna toplaşıblar. 

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca QAT sədri Akif Nağı çıxış edib.

O, beynəlxalq təşkilatlardan münaqişənin həllinə diqqət ayırmağı tələb edib. Bildirib ki, münaqişə sülh yolu ilə həll olunmasa, hərb yolu qaçılmazdır. 

Mitinq çıxışlarla davam edib. "Qarabağa azadlıq" mitinqində iştirak edənlərin sayı təxminən 2 min nəfərə yaxın olub.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə keçirilən mintinqə icazə verib.