Ölkə 09:35 05.03.2020

Bakıda qatı duman: Əsas avtomagistrallarda sürət həddi endirildi

Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.

 

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, elektron məlumat tablolarında "duman” işarəsi qoyulub.

 

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.