Video 17:06 13.06.2019

Bakıda qəza: BMW bir neçə dəfə çevrildi (VİDEO)

Bakıda baş verən dəhşətli qəza təhlükəsizlik kameralarına düşüb. 

Qaynarinfo avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonu ərazisində yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil sərt döngədə idarəetməni itirərək aşıb.

Avtomobil bir neçə dəfə çevrildikdən sonra arxası üstə düşüb.

Sürücü və sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməsi, eləcə də hava yastıqlarının açılması sayəsində hadisə zamanı ölüm faktı qeydə alınmayıb.