Bu ilin dörd ayında Bakı şəhəri üzrə 321 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 108 nəfər ölüb, 328 nəfər isə xəsarət alıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Əsədov bildirib ki, hadisələrin baş verməsinə əsas səbəb sürət həddinin aşılması (51%), piyadaların vurulması (46%), ötmə, manevretmə qaydalarının pozulması (27%) və yol ayrıclarını keçmə qaydalarının pozulmasl (14%) ilə bağlı olub.
Onun sözlərinə görə, bu ilin 4 ayı ərzində yol polisi əməkdaşları tərəfindən 220 925 inzibati protokol tərtib edilib.
Bunlardan 1112-si sürücülərin avtomobilin sərxoş halda idarə edilməsi, 723-ü yol polisinin əmrinə tabe olmaması, 4 593-ü işıqforun qırmızı işığında keçmə, 19 021-i sürət həddinin aşılması, 700-ü avtomobilin dövlət nömrə nişansız idarə edilməsi, 16 021-i ötmə, manevretmə və yol ayrıclarını keçmə qaydalarının pozulması, 87-si avtoxuliqanlığa, 2 138-i nəqliyyat vasitəsinin sürücülük vəsiqəsiz idarə edilməsi, 37 256-sı piyadaların yol-hərəkət qaydalarını pozmasına və s. görə tərtib edilib.
Qaynar.info
Şərhlər