Ölkə 11:31 10.08.2017

Bakıda rekord dərəcədə isti qeydə alındı

Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında  40-41, Bakı şəhərində isə 43 dərəcə isti qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Qaynarinfo"ya verilən xəbərə görə, nəticədə 2015-ci il avqustun 2-də müşahidə olunmuş 41 dərəcəlik rekord göstərici təzələnib.

Əksər rayonlarda havanın maksimal temperaturu 35-40 dərəcə olub, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.

Qaynarinfo.Az