Ölkə 12:56 14.12.2018

Bakıda sərnişin avtobusu metronun süpürgəçisini vuraraq öldürdü

Bakıda marşrut avtobusu qadın piyadanı vuraraq öldürüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, dekabrın 13-də saat 18 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Bəhruz Şükürov idarə etdiyi "Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Hürü Əliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb. Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

"Report”un əldə etdiyi məlumata görə, hadisə metronun "Koroğlu”stansiyanın avtobus dayanacağında baş verib. 58 yaşlı Şükürov Bəhruz Əlibaba oğlunun idarə etdiyi 173 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo” markalı avtobus 1960-cı il təvəllüdlü Hürü Cəlal qızı Əliyevanı vurub. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq H.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, dünyasını dəyişən H.Əliyeva metronun "Koroğlu” stansiyasında xadimə işləyirmiş.