Video 13:39 15.04.2019

Bakıda "şəxsi" piyada keçidi (VİDEO)

Bakı-Qazax yolunda, "Sədərək" Ticarət Mərkəzinə dönən yolda "şəxsi" piyada keçidi var.
 
Qaynarinfo Avtosfer.az-a istinadən xəbər verir ki, böyük istirahət mərkəzinin ərazisində olan keçiddən ancaq həmin istirahət mərkəzində istirahət edənlər keçə bilər. Ərazidə başqa piyada keçidi yoxdur. Amma mərkəzin sahibi keçiddən başqa sakinlərin istifadəsinə icazə vermir. Hətta keçidin üstündə mühafizəçi də dayanıb.
 
Qeyd edək ki, bir neçə il əvvəl eyni qaydada bir istirahət mərkəzinin ərazisində olan keçid var idi. Həmin keçiddən də digər sakinlərin istifadəsinə icazə verilmirdi. Bir müddət sonra ərazidə qəza baş verdi. Kran həmin keçidi uçurtdu. Hətta qəza zamanı ölüm hadisəsi də baş vermişdi. İndi həmin keçidin yalnız qalıqları var. Sonradan keçid ləğv olundu.