Ölkə 14:44 17.06.2021

Bakıda sürətlə gələn "Porsche" ağır qəza törətdi - 1 nəfər öldü

Bakı-Mərdəkan yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo-nun 32gun.news-a istinadən məlumatına görə, gecə saat 03:00 radələrində baş verən qəzaya səbəb sürətlə gələn "Porsche" markalı avtomobil olub.
 
Hadisə şahidlərinin sözlərinə görə, "Porsche" markalı avtomobilin yol kənarında dayanan maşına çırpılıb.
 
Qəza nəticəsində yol kənarında dayanan maşında olan bir nəfər Məmmədov Mehdi Yaşar oğlu hadisə yerində dünyasını dəyişib .