Video 09:44 29.02.2020

Bakıda sürücü idarəetməni itirdi, çırpıldığı maşını aşırdı (VİDEO)

Paytaxtın Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına əsasən, qəza Mehdi Hüseyn küçəsində qeydə alınıb. 

Sözügedən küçə ilə hərəkətdə olan "Mercedes” markalı minik maşınının sürücüsü Bağırov Elxan Ramil oğlu qəfil idarəetməni itirib. Nəticədə, yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış Muradov Hünər Razət oğluna məxsus "VAZ2104” markalı nəqliyyat vasitəsinə çırpılıb. 

Zərbənin təsirindən "VAZ2104” aşıb və yanacaq çəni zədələndiyindən ətrafa benzin dağılıb.

Baş verə biləcək hadisənin qarşısını almaq məqsədilə dərhal əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. 

Yola dağılmış yanacaq yuyulub. Hadisənin təfərüatı araşdırılır.