Ekonomiks 18:49 15.04.2019

Bakıda taksi ilə ən çox gedilən yerlər - TOP-10

"Maxim” xidmətinin mütəxəssisləri 2019-cu il üçün statistikanı təhlil edib paytaxt sakinlərinin və şəhərin qonaqlarının ən çox hara taksi sifariş etdiklərini müəyyən ediblər.

Qaynarinfo xəbər verir ki, təhlilə görə, Bakı xəritəsində ən populyar yer beynəlxalq avtovağzal olub. Səfərlərin ümumi sayının 1,2%-i məhz ora edilib.
 
İkinci yerdə metrodur - "20 Yanvar” metro stansiyası. Marşrutların 0,9%-də rast gəlinir.
 
"Gənclik Mall” ticarət mərkəzi üçüncü yeri tutur, ora edilən səfərlərin payı 0,7% təşkil edir.

"28 Mall” ticarət mərkəzinə gedənlərin sayı isə biraz az olub (0,6%).
 
Reytinqin beşinci pilləsini hava limanı (0,5%) tutur.
 
Ən populyar yerlərin onluğuna həmçinin "Əcəmi”, "Həzi Aslanov” və "Əhmədli” metrostansiyaları, "Yeganə Şadlıq Sarayı” və "Oazis” restoranları da daxil olub.