Bakıda taksi şirkətləri gedişhaqqı tariflərini artırdı

Bakıda taksi şirkətləri gedişhaqqı tariflərini artırdı

Bakıda taksi xidmətləri ilə məşğul olan şirkətlər gedişhaqqı tariflərini kəskin şəkildə artırıblar.

Unikal.org-un araşdırmasına görə, qiymətlər  50 faizə qədər yüksəlib. Belə ki, əvvəllər *9111 - Ekonom taksi, *2424, *8844 - Siti taksi, 189 - taksi xidməti, *9933 - Salam taksi və digər şirkətlər eyni istiqamətə 3-3.50 manata aparırdılarsa, hazırda bu rəqəm 5-5.40 manat arası dəyişir. 

Misal üçün *9933 - Salam taksi Binəqədi qəsəbəsi-Novxanı istiqamətinə 3.30 manata aparırdısa, hazırda bu rəqəm 6 manata qədər yüksəlir. 

Mütəxəssislər taksi şirkətlərinin qiymət yüksəltməsinə getməsinə səbəb, vergi ödənişlərinin artmasında görürlər. Bildirirlir ki, vergi ödənişlərində tələblərin artması, şirkətlərin qiymət artımına getməsinə rəvac verib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR