Foto 12:04 06.05.2019

Bakıda tanınmış aparıcının maşınına oğru girdi (FOTOLAR)

"Media FM”in aparıcısı Sona Rəsulovanın başına iş gəlib. 

Ötən gün aparıcının Yasamal rayonunun Mətbuat prospekti ərazisində park etdiyi avtomobilinin şüşələri naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb. 

Aparıcı "bardaçok”dakı siqaretinin oğurlandığını qeyd edib. S. Rəsulovanın sözlərinə görə, oğrular digər avtomobil sahiblərinə də zərər vurublar. 

"Gecə əməlli-başlı avtomobillərin soyqırımı olub. Şumlaya-şumlaya gəliblər. Bir nəfərin maşınında şüşənin ikisini də qırıblar. Telefonu, saatları, pul qabları oğurlanıb – deyə, aparıcı əlavə edib. 

Zərərçəkənlər polis bölməsinə müraciət ediblər. ("Qafqazinfo”)