Bakıda bədbəxt hadisə baş verib.
"MediaPost” xəbər verir ki, ötən gün Bakı şəhər sakini Elxan Abbasov özünə məxsus yarımtikilinin 3-cü mərtəbəsindən yıxılaraq aldığı xəsarətlərdən elə oradaca ölüb.
"MediaPost”un əldə etdiyi məlumata görə, E. Abbasov istirahət günlərində yeni tikdiyi evə çalışmaq üçün gedirmiş. Bu dəfə də çalışmağa yalnız gedən E.Abbasov 3-cü mərtəbədən yıxılaraq ölüb. Onun cəsədi yıxıldıqdan bir neçə saat sonra aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Elxan Abbasov "Veyseloğlu” şirkətinin maliyyə direktoru vəzifəsində çalışırdı.
Şərhlər