Foto 23:59 21.12.2017

Bakıda tələbə ürək əməliyyatı zamanı öldü (FOTO)

Bakıda 20 yaşlı tələbə cərrahi əməliyyat zamanı ölüb.

"Report"un Aran bürosu xəbər verir ki, paytaxtda yerləşən özəl klinikalardan birində aparılan əməliyyat zamanı 1997-ci il təvəllüdlü Biləsuvar rayon İsmətli kənd sakini Mirzəli Xankişi Nizami oğlu ürək əməliyyatı zamanı dünyasını dəyişib.

Qeyd edək ki, Mirzəli Xankişi Azərbaycan Pedaqoji Universitetinin Quba filialının Təhsildə sosial-psixoloji xidmət ixtisasının 3-cü kurs tələbəsi olub.