14:51
Aksiyaya çıxan tələbələrdən bir qismi universitetin akt zalında rektor köməkçisi ilə görüşərək təkliflərini çatdırıblar.
Rektor köməkçisi tələbələrə aksiyaya çıxanların dağılışmasını və bundan sonra müəyyən razılığa gələ biləcəklərini deyib.
Lakin aksiya iştirakçılarının böyük əksəriyyəti rektor köməkçisinin təklifi ilə razılaşmayaraq, tələblərinin indicə yerinə yetirilməsini tələb ediblər.
**
Azərbaycan Dövlət Pedaqoji Universitetinin həyətində tələbələr etiraz aksiyası keçirilər.
Hadisə yerində olan gənclərin Qaynar.info saytına verdiyi məlumata görə, tələbələrin aksiya etmələrinə səbəb onlardan yazılı imtahan götürülməsidir. Bundan öncə tələbələr testlə imtahan versələr də, indi universitet rəhbrəliyi imtahanların yazılı olacağını bildirib. Tələbələr isə bir neçə dəfə bununla bağlı narazılıq etsələr də cavab ala bilməyiblər. Son olaraq isə gənclər çıxış yolunu universitetin həyətində aksiya etməkdə görüblər. Hazırda mindən çox tələbə aksiyaya qoşulub.
Hadisəni izləyirik.
Qeyd: Fotolar Telman Shakh-a məxsusdur.
Elkin Xəlilov
Qaynar.info
Şərhlər