Ölkə 13:09 28.03.2018

Bakıda temperatur 10 dərəcə aşağı enəcək (XƏBƏRDARLIQ)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq edib. 
 
Nazirliyin mətbuat xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.
 
Martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir. 
 
Bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.  Havanın temperaturu gecə  6-8° isti, gündüz  15-20° isti, Bakıda  gecə  6-8° isti, gündüz  17-19° isti  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz  19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz  14-19° isti təşkil edəcək.