Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Bakıda ticarət mərkəzində yanğın: 4 nəfər yaralandı

Abşeron rayonu Zuğulba qəsəbəsində iri ticarət mərkəzlərinin birində yanğın başlayıb, zərərçəkmişlər var.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib.

Virtualaz.org-un sorğusuna cavab verən Abubəkirov bildirib ki, hadisə yerinə 7 təcili yardım briqadası göndərilib. Tüstüdən zəhərlənmə ilə iki qadın və bir kişi Tibbi Klinik Mərkəzin taksikologiya şöbəsinə aparılıb, marketin bir əməkdaşı isə qıcolma diaqnozu ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

Həyəcan keçirən bir neçə nəfərə isə yerində tibbi yardım göstərilib.
XƏBƏRLƏR
BLOGLAR