Video 13:34 22.01.2022

Bakıda tikilməkdə olan binada yanğın (VİDEO)

Bakıda tikintidə baş vermiş yanğın söndürülüb

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın Abbas Səhhət küçəsində yerləşən "Baku İn" oteli ilə üzbəüz tikilidə qeydə alınıb.

FHN-in Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülüb.

Hadisənin elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi qeyd olunub.