Foto 09:39 25.05.2021

Bakıda tıxac: Nəqliyyatın hərəkəti iflic oldu (FOTOLAR)

Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, sıxlıq olan küçə və prospektlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkətində çətinliklər müşahidə olunur və hərəkət intervalında gecikmələr var.

Nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunan əsas küçə və prospektlər bunlardır:

Heydər Əliyev prospekti-şəhər istiqamətində

Qara Qarayev prospekti-"Koroğlu” istiqamətində

Qələbə dairəsi ətrafı

Yusif Səfərov küçəsi

Afiyəddin Cəlilov küçəsi.