Video 11:46 03.09.2018

Bakıda Türkiyə səfirliyinin avtomobili qəzaya düşdü (VİDEO)

Paytaxtda bu gün səhər saatlarında avtomobil qəzası baş verib.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, saat 09:00 radələrində Cəfər Cabbarlı küçəsində Türkiyə səfirliyinə məxsus "Chevrolet” markalı avtomobil "Mersedes” markalı maşınla toqquşub.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da, qəza anında manevr etməyə çalışan "Mersedes”ə ciddi ziyan dəyib.

Qəzanın görüntülərini təqdim edirik: