Ölkə 18:33 25.01.2014

Bakıda üçəm doğuldu

Bu gün səhər dünyaya gələn körpələrin üçüdə qızdır

Bakıda üçəm doğulub. Bu barədə məlumatı Anspress-ə körpələrin babası Tofiq Allahverdiyev verib. Onun sözlərinə görə, körpələr bu gün səhər saatlarında Bayıl qəsəbəsindəki doğum evində dünyaya göz açıblar. 

Körpələri paytaxt sakini Şərqiyyə Allahverdiyeva dünyaya gətirib. Doğulan uşaqların hər üçün qızdır. Körpələrin çəkisi 2,5, 2,3 və 2 kiloqramdır. Hazırda uşaqlar və ana özlərini yaxşı hiss edirlər. 

Ailə üzvlərinin sözlərinə görə, bu gənc ananın ikinci hamiləliyidir. Belə ki, bundan öncə ailənin oğlan övladı olub. 

Ailə başçısı Azərbaycan Nəşriyyatında çalışır. 

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ildə Azərbaycanda 1456 əkiz, 30 üçəm körpə doğulub. 

Qaynar.info