Ölkə 11:32 05.03.2014

Bakıda uşaq bayram tonqalında yandı

Ötən gün Bakıda qalanan çərşənbə tonqalı faciəyə səbəb olub.

ANS PRESS-in məlumatına görə, Pirallahı qəsəbəsində Od çərşənbəsi münasibəti ilə qalanan tonqalda uşaq yanıb. Hadisə axşam saat 20-radələrində S.Bağırov küçəsində qeydə alınıb. 

Bayram tonqalı ətrafına yığışanlar şənlənən zaman, 10 yaşlı Ağaəli Mirəhməd alovun üstündən tullanmaq istəyib. Bu zaman uşaq tonqalın içinə yıxılıb. Xoşbəxtlikdən yaxınlıqda olan insanlar uşağı dərhal odun içindən xilas edə biliblər.

Tonqalda yanan azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatını xilas etmək mümkün olub. Hazırda onun həyatı üçün təhlükə sovuşub.

Qaynar.info