Ölkə 10:16 06.02.2018

Bakıda vəzifəli şəxs vəfat etdi (FOTO)

Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Nazim Həsənov vəfat edib. 

Qaynarinfo lent.az-a istinadən xəbər verir ki, 54 yaşlı şöbə müdiri ürək xəstəliyi səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Nazim Həsənov xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2011-ci ildə "Tərəqqi” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin.