Video 11:35 07.03.2020

Bakıda yaşlı qadın yaponu çinli zənn edib avtobusdan qovmağa çalışdı (VİDEO)

Bakıda sərnişin avtobusunda qalmaqal qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, həmin anları əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılıb. Yaşlı xanım yapon sərnişinin Çin vətəndaşı olduğunu zənn edərək, avtobusdan düşməsini tələb edib:

"Düş avtobusdan. Xəstəsən. Xəstəlik sizdən yayılır bizə”.

Xanımın bu davranışı digər sərnişinlərin narazılığına səbəb olub.