Ekonomiks 14:49 17.08.2013

Bakıda yenə qaz olmayacaq

Bu gün Bakının bir sıra rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 «Azərsu» ASC-yə Qaynar.info-ya verilən məlumata görə, Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində («Koroğlu» metro stansiyasının yaxınlığında) 700 mm diametrli magistral su xətti üzərində yeni siyirtmə quraşdırılır. Bununla əlaqədar avqustun 17-də gün ərzində Nizami, Xətai, Nərimanov və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» ASC abunəçilərdən üzr istəyir.

Qaynar.info