Ölkə 19:43 23.12.2018

Bakıda yol bağlandı, tıxac yarandı

Bakının A.Bakıxanov küçəsində nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.

Qaynarinfo Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bu, C.Hacıbəyli və A.Bakıxanov küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədardır.

Bildirilir ki, təmir işləri ilə əlaqədar Rəşid Behbudov küçəsi ilə A.Bakıxanov küçəsinin kəsişməsindən C.Hacıbəyli küçəsi istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.