Video 13:34 06.07.2020

Bakıda yol polisləri sürücüyə belə kömək etdi (VİDEO)

Paytaxtın mərkəzi küçələrinin birində yolda qalmış sürücüyə yol polisi kömək edib.

Qaynarinfo xəbər verir ki, bu barədə oxuculardan biri Unikal.org-a videogörüntülər təqdim edib. Videodan da göründüyü kimi 99-YP-433 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət aparan yol polisi əməkdaşı sürücünün avtomobilini itəliyərək hərəkətə gəlməsinə yardım edir.