Ölkə 14:58 02.09.2018

Bakıda zəncir oğruları tutuldu

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, rayon ərazisində tikintisi başa çatmamış binaların birindən 2500 metr lift zənciri oğurlanıb.

28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İlham Məmmədov və Gəncə şəhər sakini İslam Əhmədov saxlanılıblar.