Xəbər lenti

Bakıdakı özbaşına avtobus sürücüləri ilə nə etməli? (VİDEO)
Video 23:42 22.06.2018

Bakıdakı özbaşına avtobus sürücüləri ilə nə etməli? (VİDEO)

Bakıda 161 və 132 saylı marşurut avtobusunun sürücüləri gediş haqqını qeyri-qanuni qaldırıblar. Tarif Şurasının qərarı ilə sözügedən avtobusda gediş haqqı 25 qəpik olduğu halda sürücülər sərnişinlərdən 30 qəpik alırlar. Əksər hallarda onlar qalıq 5 qəpiyi sərnişinə qaytarmırlar. Bu avtobuslardan istifadə edənlər vəziyyətdən narazıdır.

Gedişhaqqı 25 qəpik olduğu halda sürücülər, sərnişinlərdən 30 qəpik alır.

Söhbət hövsan qəsəbəsi vəşəhər istiqamətində işləyən 132 və 161 saylımarşurutlardan gedir.

Sərnişinlərin sözlərinə görə, sürücülər əksər hallarda gediş haqqı 25 qəpik olduğu halda onlardan 30 qəpik alırlar.

Halbuki, həmin marşurut xəttində qiymət bir neçə il əvvəl tarif şurasının qərarı ilə 25 qəpik olub. Sürücülər isə deyilənlərin əksini deyir. Onlar bir çox sərnişinin 5 qəpiyi almadan düşüb getdiklərini bildirirlər.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev bildirdi ki, əgər hansısa sürücü müəyyən olunmuş gedişhaqqından artıq pul alırsa bu sərnişindaşıma qaydalarının pozulması deməkdir. Həmin xəttdə baş verənlər agentlik tərəfindən araşdırılacaq. Həqiqətən də təsdiq edilərsə daşıyıcı şirkət barəsində lazımı tədbirlər görüləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->