Foto 09:52 04.07.2020

Bakıdan rayonlara yenidən axın başladı (FOTOLAR)

Karantin rejiminin uzadılması, metronun və həftəsonları ictimai nəqliyyatın bağlanması qərarından sonra Bakıdan rayonlara yenidən axın başlayıb. 

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, bu gecə Bakıdan çıxışda böyük tıxac yaranıb.

Xeyli sayda insan Bakıdan çıxaraq rayonlara getmək istəyib. Bu səbəbdən də Bakıdan çıxışda əsas nəzarət postu olan Ələtdə böyük tıxac yaranıb.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev "Qafqazinfo”ya açıqlamasında rayon qeydiyyatı olan, amma Bakıda işləyənlərin paytaxtdan çıxışına məhdudiyyət tətbiq ediləcəyini bildirmişdi.  Bu da əsasən məzuniyyətə çıxıb bölgələrə getmək istəyənlərə şamil edilir.