Ekonomiks 15:16 16.11.2018

Bakıdan uçan təyyarə Moskva səmasında toqquşmadan son anda qurtuldu

Moskva səmasına iki sərnişin təyyarəsi toqquşmadan son anda xilas ola biliblər.

Qaynarinfo "qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə "REN TV” məlumat yayıb. İnsindentin noyabrın 15-i gecə saatlarında baş verdiyi qeyd edilir.  

Bildirilir ki, Moskvanın "Domodedova” aerportundan Penzaya yola düşən layner az qala havada Bakıdan "Vnukova” hava limanına uçan təyyarə ilə toqquşacaqdı. Belə ki, təyyarələr bir-birilərinə ən yaxın məsafədən uçublar. 

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. Məsələ ilə bağlı rəsmi açıqlama yoxdur.