Ölkə 23:52 28.01.2019

Bakılı müəllimlər adada əsir qaldı

Bakı şəhəri Pirallahı rayonu Çilov adasındakı 131 saylı orta məktəbin müəllimləri adada əsir kimi qalıblar.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, sözügedən təhsil ocağının müəllimləri ötən həftənin cümə günündən etibarən evlərinə gedə bilmirlər.

Aidiyyatı qurumlar hava şəraitini bəhanə gətirərək müəllimləri sahilə aparıb-gətirən gəmiləri təmin etməkdən imtina edirlər. Onları evlərinə aparmaq üçün əraziyə helikopter də cəlb olunmur. 28 May adına NQÇİ-nin rəisi Bağırov Zaur Əli oğlu da məsuliyyətdən boyun qaçırır. Lakin o, Təhsil Nazirliyi ilə müqavilə olmadığını əsas gətirir. Və belədə müəllimlər Allahın ümidinə qalıblar.