Maqazin 09:08 12.09.2018

Bakılı xalq artisti 78 yaşında ata olmağa hazırlaşır

Rusiyanın xalq artisti, Bakıda anadan olan Emmanuel Vitorqan ata olmağa hazırlaşır.

Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, Boris Korçevnikovun müəllifi olduğu "İnsan taleyi" verilişinə həyat yoldaşı İrina Mlodiklə birgə qatılan aktyor şəxsi həyatından da danışıb.

İkinci həyat yoldaşı Alla Balterin ölümündən sonra dərin sarsıntı keçirdiyini bildirən Emmanuel Vitorqan hətta bir müddət özünü öldürmək haqda düşündüyünü də gizlətməyib. Ancaq 2003-cü ildə İrina ilə ailə qurduqdan sonra onun həyatı dəyişib. Bu yaxınlarda 78 yaşlı aktyorla 56 yaşlı xanımının Etel adlı qız övladı dünyaya gəlmişdi. İndi də cütlük oğlan övladı gözləyir.

Qeyd edək ki, xalq artistinin əvvəlki evliliklərdən Kseniya adlı bir qızı və Maksim adlı bir oğlu da var.