Ölkə 13:43 17.02.2016

Bakını güclü duman bürüyüb - FOTOLAR

Bakıda güclü duman müşahidə olunur. 

Qaynar.info "Report"a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi məlumata görə, dumanın olmasına səbəb Azərbaycan ərazisində cənub küləyinin üstünlük təşkil etməsidir. Nazirlik rəsmisi bildirib ki, qatı duman barədə əvvəlcədən ictimiayyətə məlumat verilib: 

"Dumanlı hava şəraiti günün sonuna qədər davam edəcək. Gün ərzində Bakıda arabir duman olacaq".

Qaynar.info