Ölkə 15:33 10.04.2019

Bakının ən təhlükəli sürüşmə zonaları

"Hazırda Bakıda ən təhlükəli sürüşmə zonası Badamdar qəsəbəsində Bayıl yamacıdır, orda nisbətən fəallaşma var”.
 
Bu barədə ONA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Geomorfologoya və təbii risklər şöbəsinin aparıcı elmi işçisi Sitarə Tarixazər deyib.
 
O bildirib ki, Zığ massivində də 100-dən çox ev təhlükəli zonada yerləşir: "Eyni zamanda Ukrayna meydanı, Yeni Günəşlidə köhnə kərpic zavodunun arxası, bir də Masazır gölünün ətrafında nisbətən fəallaşma müşahidə olunur. Biz monitorinqlər keçiririk, sözümüzü deyirik, qalanı isə dövlət qurumlarından asılıdır”.