Ekonomiks 17:16 10.06.2014

Bakının mərkəzi yollarından biri bağlanır – FOTO+XƏRİTƏ

Sürücülərə alternativ yol göstərilib.

Yolun asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar daha bir küçə bağlanır.

Oxu.Az xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, bu axşam saat 23:00-dan etibarən Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinədək olan hissəsi (TQDK-nın inzibati binasının qarşısı) yolun asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq. 

Sürücülərə alternativ olaraq Hənifə Ələsgərov və Abbasqulu Ağa Bakıxanov küçələrindən istifadə etmələri tövsiyə olunur.

Qaynar.info