Foto 10:03 22.10.2021

Bakının mərkəzində narkomanların yuvasına çevirilən ərazi təmizlənir (FOTOVİDEO)

Ötən gün paytaxtın Yasamal rayonu ərazisində Zivər bəy Əhmədbəyov 10 ünvanında yerləşən tikintisi yarımçıq qalan parklanma yeri narkomanların məskəninə çevrilməsini əks etdirən görüntüləri yayımlamışdıq.

BAKU.TV-nin hadisə yerindən hazırladığı reportajda həmin ərazidə həm narkotik vasitələrdən istifadə edənlərin toplaşdığı, həm də narkotik vasitələrin alış-verişinin baş tutduğu deyilirdi.

Qaynarinfo-nun hazırda hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hazırda ərazidə təmizlik işləri aparılır. Hadisə yerində polis əməkdaşları və rəsmi qurumların işçiləri fəaliyyət göstərir.

Aydın