Ekonomiks 21:24 24.03.2019

Balaca müdirlər: uşaqların idarə etdiyi 10 şirkət

Bir çox uşaqlar məktəb buraxılışını gözləmədən öz şirkətlərini təşkil edirlər. Bəzən onlara bu işdə  böyüklər də dəstək olurlar. Dünyada kiçik idarəçilərin rəhbərlik etdiyi 10 şirkət var, onların hər birinə qısa nəzər salaq.



Sophie, Chloe və Lily Warren, Sweet Bee Sisters

Bu üç bacı öz biznesini 9 il bundan əvvəl qurub. Biznes arı mumundan hazırlanan kosmetik vasitələrin istehsalına əsaslanır. Bacıların yaratdıqları ilk məhsul isə dodaq balzamı olmuşdur.

Benjamin "Kickz”, Sneaker Don

15 yaşında olan bu yeniyetmə, idmana və idman ayaqqabısına olan dərin sevgisini gəlirli biznesə çevirə bilmişdir. Benjamin məhdud sayda buraxılan ayaqqabıların satışı ilə məşğul olur. O, 400 dollara aldığı bir cüt LeBron X MVP modelini 4 000 dollara sata bilmişdir. Həmin dövrdə Benjamin 8-ci sinifdə oxuyurdu.

Gənc sahibkar başa düşdü ki, ayaqqabı satışı üzrə gəlir əldə etmək olar. Beləliklə, o, idman ayaqqabılarının satın alması ilə məşğul alınması üçün imkanlar yaradan xüsusi onlayn baza yaratmaqda müvəffəq ola bilmişdir.



Sebastian və Brandon Martinez, Are You Kidding

Qardaşlar corabların istehsalı ilə məşğul olurlar. Uşaqların valideynləri, yeni biznesə 3 min dollarlıq yatırım edərək onlara bu işdə dəstək oldular. İndi şirkət uşaqlar və böyüklər üçün əyləncəli və gülməli corablar istehsal edir. Charity xətti vasitəsilə isə qardaşlar Special Olimpiya, Autism Awareness və Big Brothers Big Sisters kimi müxtəlif xeyriyyə təşkilatları üçün xüsusi məhsullar hazırlayırlar.

5 ildən sonra şirkətin corab kolleksiyasına 700-dən çox model daxildir, illik gəlir isə 1,6 milyon dollar təşkil edir.

Mikaila Ulmer, Me and the Bees

Arılarla maraqlandığı və şirkətini təsis etdiyi zaman bu kiçik qızcığazın cəmi 4 yaşı var idi. Uşağın nənəsi tərkibinə bal və kətan tumu daxil olan limonadın resepti ilə bölüşüb. Hal-hazırda, bu içkini pərakəndə satış mağazalarından əldə edə bilərsiniz. Mikaila gəlirlərinin bir hissəsini arıların yox olmasına qarışı mübarizə ilə məşğul olan şirkətlərə bağışlayır.



Alina Morse, Zollipops

Yeddi yaşında olan bu qız, dişləri ilə əlaqədar olan problemlər səbəbindən şirniyyat və konfetlərdən tamamilə imtina etməkdən artıq yorulmuşdur. O, atası ilə birlikdə tərkibində şəkər olmayan sovurma konfet hazırladı. Bu konfetlər kariyes xəstəliyinin inkişaf etməsinin qarşısını alır. Beləliklə, Zollipops yarandı. Şirkət öz çeşidini daim genişləndirməyə davam edir, artıq fərqli dada malik olan Zolli Drops və Zaffi Taffy konfetlərin də dadına baxa bilərsiniz.

Moziah "Mo” Bridges

Bu gənc oğlan parlaq qalstuklar və kişilər üçün nəzərdə tutulmuş digər aksessuarların istehsalı ilə məşğul olur. Məhsullar ABŞ-ın bir çox ştatında satılır. Həmin dövrdə satışda olan qalstukları bəyənməyən Moziah, nənəsi ilə birgə yeni qalstuk modelini tikib hazırlamağa qərar verdi və bu da onun yeni biznesinin əsasını qoymuş oldu.

Ryan Kelley, Ry’s Ruffery

Yeniyetmə itlər üçün sağlam qida məhsulunu hazırlayaraq, onu ABC Shark Tank şousunda təqdim etdi. Beləliklə, Ryan Barbara Corcoran adlı sərmayəçi və sahibkara qalib gəlmiş oldu. Ryan Kelly gəlirinin bir hissəsini xilas etmə qruplarına bağışlayır.



Asiya Newson, Super Business Girl

Asiya və onun valideynləri şamların istehsalı ilə məşğul olurlar. Qızcığazın hazırladığı şamlar, adi şamlardan öz qeyri-adi dizaynı ilə fərqlənirlər. Asiya öz şamlarının hazırlanmasında üç rəngdən istifadə edir – çəhrayı, sarı və mavi, şamın qiyməti 14,99 dollar təşkil edir.

Asiya öz biznesini genişləndirərək, Super Business Girl adlı müəssisəyə çevirə bildi. Burada qızcığaz yuxarı sinif şagirdlərə şamların istehsalı və satışı üzrə təlimlər keçir.

Mihir Garimella, Firefly

18 yaşlı Stanford məzunu, robototexnika və kompüter baxışı (computer vision) sahəsində müəyyən nailiyyətlər əldə etməkdə müvəffəq ola bilmişdir. Eyni zamanda, o, bir sıra digər sahələrdə də yeniliklərin yaradılması ilə məşğul olur. .

Onun hazırladığı son işlərindən biri Firefly Autonomy (avtonom pilotsuzlar) olmuşdur. Bu qurğu, asanlıqla təhlükəli və ya əlçatan olmayan yerlərə girmək qabiliyyətinə malikdir.

Rachel Cic, Gladiator Lacrosse

13 yaşında olarkən, Rachel, Gladiator Lacrosse onlayn mağazası üçün məhsulların hazırlanması ilə məşğul olmağa başladı. Qeyd edək ki, qızcığazın hazırladığı avadanlıqların keyfiyyəti olduqca yüksək olmuşdur.

Şəxsi biznesini qurmuş bütün bu uşaqlar çox istedadlıdırlar. Onlar yalnız öz əzmkarlığı və çalışqanlığı nəticəsində, biznes sahəsində uğur qazana bilmişlər.

Mənbə: bizplus.az