Ölkə 21:35 12.06.2018

Balakəndə 700-ə yaxın ev qazsız və işıqsız qaldı

Balakən rayonunun Katex kəndində "Dəli” çayda suyun səviyyəsinin qalxması nəticəsində 30-a yaxın evin içərisinə su dolub.
Bu barədə AzVision.az-a Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, dünən axşam saat 22:00 radələrində Balakən rayonunda yağan intensiv leysan yağış nəticəsində Katex kəndindən keçən "Dəli” çayda suyun səviyyəsinin qalxması nəticəsində 700-yaxın həyətyanı təsərrüfatı su basıb, 30-a yaxın kürsülü evlərin içərisinə su dolub.

"Kənddə təxminən 700-ə yaxın evlərin qaz təchizatı dayandırılıb, elektrik enerjisi verlişi qismən kəsilib. Eyni zamanda Püştətala kəndi ərazisində həyətyanı təsərrüfatları su basması müşahidə edilir. Əkin sahələrinə və yol təsərrüfatına ziyan dəyib. "Dəli” çayın üzərindən keçən piyadalar üçün hazırlanmış keçidləri sel yuyub aparıb”. 

İcra Hakimiyyətindən bildirilib ki, hazırda texnikalar fəlakətin aradan qaldırılması üçün əraziyə cəlb olunub. Sakinlərə dəymiş zərərin hesablanması üçün rayon fövqladə hallar komisiyasının üzvüləri iş aparır.