Foto 20:16 13.02.2019

Balakəndə ağır qəza nəticəsində ölən və yaralananlar var (FOTO)

Türkiyə dövlət qeydiyyat nişanlı TIR ilə "Toyota RAV4” markalı minik avtomobili toqquşub

Balakən rayonunda yol qəzası baş verib.

Qaynarinfo report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistral yolunun rayonun "Beş bulaq” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə dövlət qeydiyyat nişanlı TIR ilə "Toyota RAV4” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb. Yük maşınının sürücüsü olan Türkiyə vətəndaşı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.