Ölkə 14:17 25.04.2019

Balakəndə qadın həyətində çətənə yetişdirdi

Balakən Rayon Polis Şöbəsi və Rayon Prokurorluğunun əməkdaşları daxil olmuş məlumat əsasında Gərəkli kənd sakini A.Kiçiliyevanın yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, qadının evindən 305 qrama yaxın narkotik vasitə olan marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.