"SpaceX" şirkətinin qurucusu və sahibi olan Elon Mask diqqət çəkən növbəti proyekti barədə məlumat verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, proyekt barədə "Twitter" hesabından məlumat verən Mask "Big Falcon Rocket" adlanan layihə ilə "Falcon 9"a bənzər raketlə qitələrarası sərnişindaşımanı həyata keçirməyi planlaşdırır. İddiaya əsasən, dünyanın istənilən yerinə 30-60 dəqiqə müddətinə çatmaq mümkün olacaq. Mask bildirib ki, 6-9 ay içində layihənin reallaşdırılması üçün işlərə start veriləcək. Saatda 27 min km sürətlə hərəkət edən raketlə səyahətin ucuz olacağı bildirilir.
Layihə ilə hədəflənən səyahət müddətləri bunlardır:
Hon Konqdan Sinqapura 22 dəqiqə
Los Ancelesdən Torontaya 24 dəqiqə
Bankonqdan Dubaya 27 dəqiqə
Nyu Yorkdan Parisə 30 dəqiqə
Londondan Dubaya 29 dəqiqə
Gülşən
Qaynarinfo.Az
Şərhlər