Sənət 14:32 22.04.2021

Baloğlan Əşrəfov da koronavirusa yoluxdu: özünü yaxşı hiss etmir

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.

Qaynarinfo Lent.az-a istinadən xəbər verir ki, 69 yaşlı müğənni hazırda özünü yaxşı hiss etmədiyini bildirib:

"13 gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Özümü yaxşı hiss etmirəm. Təngnəfəs oluram. Çox danışa bilmirəm".

Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra ona Türkiyədə müğənniyə qaraciyər köçürülmüşdü.