Foto 10:13 07.02.2018

"Balta" yumoristik cizgi serialı (FOTO/VİDEO)

"Balta" animasiyası Azərbaycan gəncinin gündəlik həyatda yaşadığı problemlərə yumoristik və absurd şəkildə yanaşma göstərən yetkinlər üçün cizgi serialdır. 

Hekayə bu günə kimi böyüdüyünün fərqində olmayan, avara baş qəhrəmanımız İsmayılın öz ailəsinin güvənini qazanmaq və sevdiyi qız Cananı əldə etmək üçün çox pul qazanmalı olduğunu dərk etməyiylə başlayır. İsmayılın pul qazanmaq üçün əl atdığı yollar bizi macəralardan-macəralara aparacaq. 

Ana dilimizdə, sosial şəbəkələrdə və internet mediasında yayımlanacaq olan "Balta" animasiyası 4K keyfiyyəti ilə ümumilikdə 20 nəfərlik komandanın əməyi nəticəsində ərsəyə gəlir. Xoş əyləncələr.

Rejissor/Ssenarist: Rəvan Muradov
Art Direktor: Əmrah Niyazalı
Marketoloq: Elçin Hüseynov
Animatorlar: Vüsal Kərimov, Fərman Dadaşov
Proyekt Menecer: Nicat Manafov